"Aleksandr Puşkin iki əsrin güzgüsündə"

Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyi və Azərbaycanın Rus dilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Puşkiniana” layihəsi çərçivəsində məktəbimizdə tədbir keçirilmişdir. Bu il "Aleksandr Puşkin iki əsrin güzgüsündə" adı altında keçirilən layihənin məqsədi şagirdlərin nitq mədəniyyətinin inkişafı, Rus dili və ədəbiyyatına maraq oyatmaqdır. Tədbirdə VI və VII sinif şagirdləri dahi rus şairi A.Puşkinin şeirlərini oxumuş, şairin ölməz əsərləri əsasında səhnəciklər göstərmiş və müvafiq mövzu üzrə multimediya təqdimatlarını numayiş etmişdirlər. Tədbirdə mərkəzin nümayəndəsi, Rus İcmasının sədr müavini Yakunina Lyubov Timofeyevna iştirak etmişdir. Tədbirin sonunda məktəbin direktoru Kifayət Tanrıverdiyeva bu cür tədbirlərin multikulturalizm mədəniyyətinin inkişaf etdirilməsində böyük rolu olduğunu qeyd etmişdir. Mərkəzin nümayəndəsi Lyubov Timofeyevna gözəl tədbirə görə şagirdlərə və müəllimlərə öz təşəkkürünü bildirmişdir. “Rossotrudniçestvo” nümayəndəliyinin keçirdiyi tədbirdə olimpiada və konkurslarda göstərdiyi fəal iştirakına görə məktəbimizin Rus dili müəllimi Sənubər Almasovaya xüsusi minnətdarlığını bildirdi. Tədbir çərçivəsində Azərbaycanın orta təhsil müəssisələrininin şagirdləri arasında Rus dili və Ədəbiyyatı üzrə IX Respublika Olimpiadasının və "A.S.Puşkin iki yüzilliyin aynasında" layihəsinin nəticələrinə Bakı Slavyan Universitetində yekun vurulub. Olimpiada qalibləri səhnəyə dəvət edilərək onlara mükafatlar təqdim olunub. Olimpiadanın təşkilində fəal iştirak etmiş direktorlar və müəllimlər də diqqətdən kənar qalmamış, onlara diplom və hədiyyələr verilmişdir. Direktorlara hədiyyəni "Rossotrudniçestvo" nümayəndəliyinin rəhbəri Valentin Petroviç Denisov və Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi