Sağlam qidalanma sağlam həyat tərzinin ən vacib komponentlərindən biridir
Sağlam qidalanma sağlam həyat tərzinin ən vacib komponentlərindən biridir. Əgər insan həyatı, yaşamağı sevirsə öz sağlamlığının qayğısına qalmalıdır. İdmanla məşğul olmalı, düzgün qidalanmalı, gigiyena qaydalarına riayət etməlidir. "Sağlam həyat tərzi" aylığı çərçivəsində mövzu ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq birinciləri hazırladıqları nağıllar vasitəsi ilə faydalı və zərərli qidalar haqqında səhnəciklər nümayiş etdirdilər. Meyvələr öz aralarında mübahisə edərək hər birinin hansı vitaminlə zəngin olmasından danışdılar. Müxtəlif nağıl qəhrəmanları zərərli qidaların insan sağlamlığına mənfi təsiri, meyvə və tərəvəzlərin faydası haqqında müxtəlif rollarda çıxışlar etdilər.