Biologiya gecəsi
Yaşadığımız dünya, bizi əhatə edən təbiət son dərəcə gözəl, zəngin və rəngarəngdir. Yer kürəsi adlandırdığımız planetimizin məzmunu ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın gələcəyi bu vəhdətdən və bu vəhdətin əbədi tarazlığından asılıdır. Bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyər, bəşəriyyəti məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalıyıq. Bu deviz altında məktəbimizin biologiya müəllimi Cəmalə İbrahimovanın rəhbərliyi ilə 9a sinif şagirdlərinin iştirakı ilə “Vətənpərvər təbiətsevərlər” adlı biologiya gecəsi keçirildi. Tədbirdə ilk öncə təbiəti, canlıları, biologiya elmini çox sevən, Ç.Darvin, K.Linney, J.B.Lamark kimi alimlərin həyat və yaradıcılığı, elmi əsərləri ilə maraqlanan vətənpərvər haqqında maraqlı səhnəcik göstərildi. Sonra sağlam həyat tərzinə zidd olan, zərərli olduğunu bilərək asanlıqla istifadəsindən əl çəkilməyən vərdişlər, onların insan orqanizminə, sosial və mənəvi həyatına göstərdiyi mənfi təsirlər haqqında məlumatlar verildi. Sonda “Asılı olma, azad ol” şüarı ilə tədbir yekunlaşdırıldı.