Təbiət qoynunda sağlam həyat tərzi
Asudə vaxtları səmərəli və maraqlı keçirmək məktəblilər üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixoloji sağlamlığı cəhətdən böyük məna kəsb edir. Asudə vaxtın müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssurat, gözəl əhval-ruhiyyə yaradır. Məktəbimizin bir qrup şagirdləri asudə vaxtlarını təbiət qoynunda keçirməyi qərara aldılar. Təmiz havada, təbiət qoynunda istirahət edərək, müxtəlif oyunlar oynadılar, təbiətdən zövq aldılar. Səmərəli istirahət və asudə vaxtın təşkili uşağı pis vərdişlərdən, adətlərdən qoruyur. Sağlamlığı bərpa olunur, özünü gümrah və sağlam hiss edir.