Sağlam qida məhsullarından ibarət kompozisiya

Sağlamlıq insan həyatının ən əsas dəyərlərindən biridir. İnsanın özü tərəfindən qorunan və möhkəmləndirilən sağlamlıq, ona uzun və sevinc dolu ömür sürməyə imkan verir. Ona görə də hər bir insan sağlam həyat tərzi yaşamalıdır, çünki sağlam həyat tərzi insana öz məqsədlərini uğurla yerinə yetirməyə stimul verir. Bu mövzuda müxtəlif təbliğatlar apararaq, gənclərin gözlərində sağlam həyatın dəyərini qaldırmaq cəmiyyətin borcudur. Bu məqsədlə məktəbimizdə Esmira Həsənovanın rəhbərliyi ilə bir qrup şagirdlər sərgi keçirdilər. İlk olaraq rəsm çəkmək qabiliyyəti olan məktəblilər müxtəlif tərzləri özündə əks etdirən rəsmlər çəkdilər. Çəkdikləri rəsmlər üzərində insan sağlamlığına faydalı olan bitki və tərəvəzlərdən istifadə edərək kompozisiyalar yaratdılar. Hər bir şagird öz kompozisiyasında istifadə etdiyi qida məhsullarının insan orqanizminə göstərdiyi müsbət təsirdən danışdı. Sonda şagird və müəllimlərin iştirakı ilə sərgiyə baxış keçirildi. Sərgi çox böyük maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi