“1 iyun - Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş müsabiqənin qalibləri
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ”Vergi uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsində “İnşa” nominasiyası üzrə məktəbimizin Xa sinif şagirdi Fidan Əliyeva 1-ci yer, “Rəsm” nominasiyası üzrə IXa sinif şagirdi Humay İbadova 3-cü yer tutduqlarına görə Diplomla təltif olunmuşlar. Onlara yeni-yeni uğurlar arzu edirik!