“Xocalıya ədalət” kampaniyası davam edir

Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində görüş keçirilib. Görüşdə jurnalist Vüsalə Məmmədova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. O, şagirdlərə Xocalı şəhərində törədilən kütləvi qırğın və vəhşiliklər barədə ətraflı məlumat verib və onların suallarını cavablandırıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya çərçivəsində işlər haqqında da məlumat verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi