Orqan nəqli həyat verir
“Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayında “Sağlam həyat tərzi” mövzusunu reallaşdırmaq məqsədilə biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi ilə 8a sinif şagirdi Nigar Allahverdiyevanın hazırladığı “Transplantasiya” mövzusunda açıq dərs keçirilmişdir. Dərsin məqsədi daha çox həyatı xilas etmək missiyası daşıyan “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, transplantasiyanın tarixi, növləri, köçürülmüş orqan və toxumalar, əməliyyatdan sonrakı dövr haqqında məlumatlar verərək, bağışlanan hər bir orqanın yeni həyat cücərtisi əmələ gətirdiyi fikrini aşılamaq idi.