Yol hərəkəti qaydalarına riayət edək!
“Sağlam həyat tərzi” aylığı çərçivəsində Nəsimi rayonu 151 №-li tam orta məktəbdə biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi ilə 5a sinif şagirdləri “Sağlam və təhlükəsiz həyat” mövzusunda plakatlar hazırlayaraq, həyatı və sağlamlığı üçün məsuliyyət daşıyan hər bir insanı yol hərəkəti qaydalarına riayət etməyə çağırdılar. Plakatlarda yol nişanları, piyada, sərnişin və sürücülərin riayət etməli olduqları qaydalar və bu qaydalara əməl etməyənlərin ödəməli olduqları müəyyən cərimələr öz əksini tapmışdır. Şagirdlər bildirmək istəyirdilər ki, qaydaları pozmaqla insanlar heç bir məbləğlə müqayisə olunmayan çox dəyərli sağlamlıqlarını və həyatlarını itirə bilərlər.