“Azərbaycanın müalicəvi bitkiləri” adlı "Açıq dərs" keçirildi
Aprelin 26-da biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi ilə 8 "A" sinfində “Azərbaycanın müalicəvi bitkiləri” adlı "Açıq dərs" keçirildi. Azərbaycanda bir çox bitki və meyvələrin xüsusiyyətləri, təbabətdə istifadəsi və müalicəvi əhəmiyyəti insanlara çoxdan məlumdur. Bitkilərin və meyvələrin təbabətdə istifadəsi zamanın sınağından uğurla çıxaraq hazırda da əhəmiyyətini itirməyib. "Açıq dərs"də Azərbaycan florasına daxil olan bitkilərin və meyvələrin bir çoxunun dərman əhəmiyyətli olması və insanların qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etməsi qeyd edildi. Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərman bitkiləri nümayiş etdirildi və şagirdlər tərəfindən məlhəmlər hazırlandı. Sonda şagirdlər “Müalicəvi bitkilər” adlı krossvord həll edərək müalicəvi bitkilər və onların əhəmiyyəti haqqında əldə etdikləri bilikləri nümayiş etdirdilər.