Bakı şəhəri Nəsimi rayonu 151 №-li tam orta məktəbin "Şahinlər" hərbi-idman komandası 18 aprel 2017-ci il tarixdə rayon üzrə keçirilən hərbi-idman oyunlarının final mərhələsində iştirak etdilər. Tədbiri Nəsimi rayonu Gənclər İdman İdarəsinin rəisi Elbrus Abdullayev açdı. Sonra sözü Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılova verdi. Tədbirdə həmçinin aprel döyüşləri iştirakçısı Asif Allahverdiyev də iştirak edirdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarıın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Hərbi-idman oyunlarına start verildi. İlk öncə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Sonra isə bir neçə normativ üzrə yarışlarda iştirak etdilər. Məktəbimizin "Şahinlər" komandası III yerə layiq görüldü. Belə hərbi-idman yarışlarının keçirilməsi şagirdlərdə vətənpərvərlik ruhunun daha da artmasına və onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərir.