Məktəbdə ekoloji sorğu keçirildi

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ilə əlaqədar Nəsimi rayonu 151 №-li tam orta məktəbdə yaradılmış “Yaşıl Planet” tədqiqatçı bioloqlar briqadasının növbəti maraqlı fəaliyyəti – “Ölkəmizin ekologiyası gənclərin nəzəri ilə” adlı ekoloji sorğu aparıldı. Briqadanın kapitanı 8a sinif şagirdi N.Abdullayeva tərəfindən hazırlanan sorğu-anket əsasında briqadanın üzvləri məktəb heyəti arasında sorğu keçirdi. Sorğu ekoloji problemlər, onların həlli yolları, təbiətlə davranış qaydaları haqda 16 sualdan ibarət olan anketlərin doldurulması ilə aparıldı. Sorğuda 35 nəfər iştirak etdi. Sorğunun nəticəsi olaraq gənclər belə bir ümumi fikrə gəldilər ki, ətraf mühitin çirklənməsinin səbəbi insan fəaliyyətidir. Bu problemin həlli ilə hər bir insan məşğul olmalıdır və hər kəs bir şeyi dərk etməlidir ki, təmizlənən yer yox, zibillənməyən yer təmiz olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi