Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunun reallaşdırılması baxımından Nəsimi rayonu 151 №-li tam orta məktəbdə “Təbiət səni yalnız qonaq kimi görmək istəmir” adlı şagirdlərin əl işlərindən ibarət foto və rəsm sərgisi keçirildi. Sərgi çox maraqla qarşılandı. Əl işləri iştirakçılar tərəfindən qiymətləndirildi. Sonda ən maraqlı əl işlərinin müəllifləri mükafatlandırıldı.