Şagirdlərimiz XVIII əsrə aid sərgidə iştirak etdilər

Aprelin 18-də 151 nömrəli tam orta məktəbin bir qrup şagirdi Nur ART HOUS-da təşkil olunan “Gəlinciyim, gerçəkliyim, gələcəyim” adlı sərgidə iştirak etdilər. Sərgidə XVIII əsrə aid olan eksponatlar, milli geyimlər, xalçalar, əl işləri nümayiş etdirilirdi. Ekspozisiyalara baxdıqdan sonra Elçin Axundovun rəhbərliyi ilə şagirdlərə “Düşün və yarat” ustad dərsi keçirildi. Onun köməkliyi ilə şagirdlərə dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin qəhrəmanlarını düzəltmək tapşırıldı. Bu ustad dərslərin keçirilməsi bizim şagirdlərdə yaradıcılıq fantaziyasının inkişaf etməsinə yardım edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi