İkebana sərgisi keçirildi

"Azərbaycanın Təbii Sərvətləri və Biomüxtəliflik" mövzusu ilə əlaqədar məktəbimizdə insanla təbiəti yaxınlaşdırmaq fəlsəfəsi daşıyan ikebana sənəti haqqında şagirdlərdə ümumi fikirlər, səbr və estetik anlayışı formalaşdırmaq üçün növbəti tədbir - "İkebana" müsabiqəsi elan olundu. Müsabiqədə müxtəlif siniflərdən şagirdlər iştirak edərək, çiçək, gövdə və yarpaqlardan müxtəlif kompozisiyalar yaratdılar. İlk öncə 8b sinif şagirdi M.Fərəh ikebana sənətinin yaranma tarixi haqqında məlumat verdi, sonra hər bir kompozisiya müəllim və şagirdlər tərəfindən qiymətləndirildi. Nəticədə 6c sinif şagirdi M.Ləman 1-ci yerə, 8b sinif şagirdi A.Fidan 2-ci yerə, 7b sinif şagirdi İ.Nəzrin və 6c sinif şagirdi Ş.Sima 3-cü yerə layiq görüldü. Digər iştirakçılar isə fəal iştirak etdikləri üçün “Tərifnamə” ilə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi