AMEA Genetik Ehtiyatlar İnstitutuna ekskursiya

“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ilə əlaqədar olaraq “Yaşıl Planet” tədqiqatçı bioloqlar briqadasının fəaliyyəti davam edir. Briqadanın üzvlərinin araşdırmaları nəticəsində ilk olaraq biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə tədqiqatlar aparan AMEA Genetik Ehtiyatlar İstitutuna ekskursiya planlaşdırıldı. “Yaşıl Planet” tədqiqatçı bioloqlar briqadasının 14 nəfər üzvü məktəbin biologiya müəllimi S.Məmmədovanın rəhbərliyi ilə instituta ekskursiya etdilər. İnstitutda briqadanı elmi katib S.Şərifova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri M.Eldarov və Təhsil şöbəsinin müdiri V.İzatullayeva qarşılayaraq, institutun əsas elmi istiqamətləri olan mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, bərpası haqda maraqlı məlumatlar verdilər. Milli Genbank haqqında məlumatlar və orada saxlanılan toxum nümunələri şagirdlərdə çox böyük maraq oyatdı. İnstitutun Bioekologiya Laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov briqada ilə görüşərək onlara fəaliyyət istiqamətləri haqda məlumatlar, briqada üzvlərinə isə faydalı tövsiyələr verdi. Sonda briqadanın üzvləri İnstitutun həyətyanı sahəsində yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanıb saxlanan dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman bitki sortlarının nümunələri ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi