Şagirdlər müəllim oldu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ilə bağlı ekoloji aylığın keçirilməsi ilə əlaqədar Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə “Biomüxtəliflik” adı altında interaktiv dərs keçirildi. Dərs məktəbimizin rus bölməsinin biologiya müəllimi M.Əliyevanın rəhbərliyi altında “Yaşıl Planet” briqadasının üzvlərindən olan 8b sinif şagirdləri A.Fidan və M.Nəzrin tərəfindən aparılmış araşdırmalar, slaydlar, əyani vəsaitlər üzərində qurulmuşdu. Onlar biomüxtəlifliyin tipləri, ekosistem anlayışı, onun quruluşu və komponentləri haqda maraqlı məlumatlar təqdim etdilər, qruplarla iş təşkil etdilər. Qalib qrup üzvlərinə tərifnamələr təqdim etdilər. İnteraktiv dərsdə “Yaşıl Planet” briqadasının üzvləri də iştirak edərək, öz briqada yoldaşlarını dəstəklədilər. Dərsin məhz bu qaydada keçirilməsində məqsəd şagirdlərdə fəal araşdırma aparmaq, özlərini auditoriya qarşısında sərbəst aparmaq, özünə inam hissini aşılamaq, ünsiyyət mədəniyyətini formalaşdırmaq idi.