“Yaşıl Planet” tədqiqatçı bioloqlar briqadasının fəaliyyətinə start verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu ilə bağlı ekoloji aylığın keçirilməsini nəzərə alaraq, Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə "Yaşıl Planet" adlı tədqiqatçı bioloqlar briqadasına yığım elan edildi. Seçim turları keçirildi və bu turlarda həm azərbaycan, həm də rus bölmələrindən şagirdlər iştirak etdilər. Seçim turlarından keçmiş şagirdlər dəyirmi masaya dəvət olundu. Məktəbimizin biologiya müəllimləri tərəfindən şagirdlərə briqadanın adını özündə əks etdirən köynəklər, döş nişanları, bloknot və qələmlər təqdim olundu. 8-ci sinif şagirdi Nigar Allahverdiyeva briqadanın kapitanı seçildi. Briqadanın fəaliyyət planı və istiqamətləri müzakirə olundu. Sonda şagirdlər öz fikirlərini pankartlar şəklində təqdim etdilər.