"Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası"nın məktəb turu keçirildi

Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək məqsədilə 1 aprel 2017-ci il tarixdə 151 nömrəli tam orta məktəbdə V və VI sinif şagirdləri arasında Məntiq üzrə olimpiada keçirildi. Olimpiadada 24 şagird iştirak etdi. 30 test sualından ibarət olan test kitabçaları şagirdlərə paylandı. Saat 10:00-da olimpiadaya start verildi. Olimpiada 11:30-da bitdi. Belə olimpiadaların keçirilməsinin şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsində böyük rolu vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi