Narkotiklər haqqında həqiqəti öyrənək

 Məktəbin biologiya müəllimi Afət Güləliyevanın rəhbərliyi ilə X "Ç" sinfində “Narkotiklər haqqında həqiqəti öyrənək ” adlı maarifləndirici tədbir təşkil edildi. Məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı şagirdlər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət olub.

   Qeyri sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirini göstərir. 

   Şagirdlər müxtəlif təqdimatlarla çıxışlar etdilər. Onlara müxtəlif məlumatlar verildi, sualları cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi