Yol hərəkəti qaydalarına riayət edək

Məktəbdə V “B” sinfində Tamarə Cəfərovanın təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət edək” adlı maarifləndirici dərs təşkil edilib. Şagirdlərə təhlükəsiz həyat üçün davranış qaydalarına düzgün riayət etmək tövsiyə edilib.
Əsas məqsəd təhlükəsiz davranış qaydalarının öyrədilməsi, yol hərəkəti qaydaları barədə bilik səviyyəsinin artırılması və ona düzgün riayət edilməsindən ibarət olub.
Sonda yol hərəkəti qaydalarına aid əl işləri nümayiş etdirilib.