“Məntiq” olimpiadasının iştirakçıları

Şagirdlərin məntiqə olan marağını artırmaq məqsədilə Azərbaycanlı alim Lütfi Zadənin 95 illiyi ərəfisində məktəblilər arasında Olimpiada keçirilmişdir. 5-6-cı siniflər üzrə keçirilən bu olimpiadada məktəbimizin bir qrup şagirdləri iştirak etmişlər. Onlar I Məntiq Olimpiadasının final mərhələsinin iştirakçısı olaraq sertifikatlarla təltif olunmuşlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanan sertifikatlar məktəbin tərbiyə işləri üzrə direktor müavini M.Qafarova tərəfindən şagirdlərə təqdim olunmuşdur. Xüsusi istedadları ilə fərqlənən bu şagirdlərə bir daha uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi