Rəsm müsabiqəsi keçirildi

Məktəbdə idman həftəsi çərçivəsində rəsm müsabiqəsi keçirildi. Əsas məqsəd şagirdlərin fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsindən ibarət olmuşdur.
Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilmişdir.