İdman həftəsi keçirildi

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart– Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 4-10 mart 2025-ci il tarixlərdə tərtib edilmiş proqrama əsasən 151 nömrəli tam orta məktəbdə idman həftəsi keçirilmişdir. Proqrama uyğun olaraq həftə ərzində mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maariləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil olunmuşdur.