Xocalı soyqırımı - 33 il

Fevralın 26-da Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımının 33 -cü ildönümü”-nə həsr olunmuş tədbirlər planı hazırlandı və plana əsasən silsilə tədbirlər həyata keçirildi. Birinci dərslər “Xocalı soyqırımı”-na həsr olundu.
Məktəbin tarix müəllimi Arzu Quliyevanın təşkilatçılığı ilə “Xocalı soyqırımının 33-cü ildönümü” nə həsr olunmuş ədəbi – bədii kompozisiya keçirildi. Tədbirdə VII-VIII siniflər iştirak etdi.Tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımına aid şeirlər,bayatılar səsləndirildi, müxtəlif səhnəciklər səhnələşdirildi.
Əl işlərindən ibarət sərgi təşkil edildi, divar qəzetləri buraxıldı.