Zərərli vərdişlərdən qorunma yolları

Məktəbdə biologiya müəllimi Salehə Məmmədovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərdən qorunma yolları” mövzusunda maarifləndirici seminar təşkil edildi. Müəllim tərəfindən məruzə oxunaraq narkotik vasitələrin qrupları,onların insan orqanizminə təsiri,narkotik vasiətlərdən istifadə zamanı yaranan xəstəliklər, narkomanların zahiri əlamətləri, davranışları, narkomanlıq və narkotik vasitələrlə mübarizə yolları haqqında məlumat verildi.
Məqsəd narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və cəmiyyətdəki mövqeyinə zərərini şagirdlərin diqqətinə çatdırmaq və onları bu cür əməllərdən uzaq olmağa səsləmək idi.
Sonda şagirdlərin sualları cavablandırıldı və maarifləndirici videoçarx nümayiş etdirildi.