Dilimizi qoruyaq adlı təqdimat müsabiqəsi keçirildi

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dil hər bir millətin maddi və və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
“Dilimizi qoruyaq” şüarı altında X "Ç” sinfində Azərbaycan dili müəllimi Vüsalə Babayevanın rəhbərliyi ilə dərs təşkil edildi. O, ana dilinin insanın mənəvi aləminin zənginləşdirilməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadağını vurğuladı. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlist danışmalıdır və bu dili sevməlidir.
Şagirdlərin təqdimatları dinlənildi, fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi.
Azərbaycan dilini daha da zənginləşdirmək, inkişaf etdirmək hər birimizin ən müqəddəs borcudur.