Alternativ və bərpa olunan enerji mənbələrinə həsr olunmuş tədbir

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 17 mart 2017-ci il tarixində Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekoloji aylıqlar” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirildi. İlk olaraq məktəbin direktoru Kifayət Tanrıverdiyeva “Ekoloji aylıqlar” layihəsi ilə əlaqədar hər təqvim ayı üzrə müvafiq bölgülərin aparıldığı, mart ayının "alternativ enerji" ayı olaraq təyin edildiyi, bununla bağlı məktəbdə keçirilən təlimlər, açıq dərslər və s. barədə qısa məlumat verərək giriş nitqi ilə çıxış etdi. Tədbirdə Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov çıxış edərək ölkəmizdə istifadə olunan ənənəvi və qeyri-ənənəvi (bərpa olunan) enerji mənbələrinin növləri, ənənəvi mənbələrin mənfi və müsbət xüsusiyyətləri və alternativ və bərpa olunan enerji mənbələrinin üstünlükləri, alternativ enerji mənbələrindən istifadə texnologiyaları, onların iş prinsipləri, tətbiqi və s. barədə məlumat verdi. Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsinin məsləhətçisi Ülviyyə Əzizova isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaranması, fəaliyyət istiqamətləri, bu sahədə görülən işlər, Agentlik tərəfindən bugünə kimi həyata keçirilmiş, hal-hazırda tikinti mərhələsində olan və eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr barədə məlumat təqdim etdi. Dövlət Agentliyinin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin məsləhətçisi Mehriban Vəliyeva Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrə cəlb olunan investisiyalar, beynəlxalq təşkilatlar, onlarla əməkdaşlıq əlaqələri və s. barədə məlumat verdi. Dövlət Agentliyinin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin məsləhətçisi Pərvin Məmmədzadə alternativ və bərpa olunan energetika sahəsi üzrə Azərbaycanda və dünyada iqtisadi vəziyyət, dünya ölkələrinin qabaqcıl təcrübəsi, müvafiq sahə üzrə inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən layihələr və s. barədə məlumat təqdim etdi. Praktiki hissədə Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov çıxış edərək bu hissədə şagirdlərə elektrik və istilik enerjisi, əldə olunması üsulları, alternativ və bərpa olunan enerji texnologiyaları, onların işləmə prinsipləri haqqında məlumat verildi. Daha sonra, kiçik günəş panelləri əyani şəkildə nümayiş etdirildi. Günəş panellərinin işləkliyinin yoxlanılması üçün istifadə olunan kiçik cihazlar, onlardan istifadə qaydasını göstərdi. Ümumilikdə, tədbir interaktiv şəkildə həyata keçirildi, həm nəzəri, həm də praktiki hissələrdə şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırıldı. Sonda şagirdlərə bukletlər və kitabçalar təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi