Biokütlə enerjisi haqqında araşdırma

Məktəbimizin bir qrup şagirdləri biokütlə enerjisi haqqında araşdırmalar apararaq məlumatlar toplamışlar. Onlar biokütlənin əmələ gəlməsi, biokütlədən alınmış yanacaqlar və onların istifadə sahələri, bioenerji daşıyıcılarının formaları, biokütlədən bioneftin, bioqazın hansı şəraitdə alınması haqda maraqlı məlumatlar əldə edərək təqdimatlar hazırlamışlar. Şagirdlər öz çıxışlarında bioyanacaqdan istifadə etməklə enerji israfının qarşısının alına biləcəyini sübut edərək, bərpa olunan enerji mənbələrindən istifadənin məqsədəuyğunluğunu bir daha vurğuladılar. 8a sinif şagirdi A.Nigar gündəlik həyatda enerji itkisinə yol verməmək üçün enerjiyə qənaət yolları haqqında nümunələr göstərərək şagirdlərə müxtəlif vərdişlər aşıladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi