Bitib tükənmək bilməyən enerji daşıyan külək

2016-2017-ci tədris ilinin mart ayı “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Alternativ enerji” aylığı elan edilmişdir. Bu məqsədlə məktəbimizin 10a sinif şagirdlərinin iştirakı ilə Arzu Babayevanın rəhbərliyi altında “Külək enerjisi və ondan istifadə” haqqında araşdırma aparılaraq müxtəlif maraqlı məlumatlar əldə edilmişdir. Bu məlumatları şagirdlər slaydlar, əyani vəsaitlər və maketlər şəklində təqdim edərək külək nədir, külək enerjisi, külək enerjisindən istifadənin tarixi, enerji böhranı haqqında maraqlı faktlarla çıxışlar etmişdir. Məqsəd şagirdləri alternativ enerji mənbələri ilə tanış etmək, külək enerjisindən istifadə, onun iqtisadi və təsərrüfat əhəmiyyətli olması Azərbaycanda perspektiv külək enerjisi ehtiyatlarının gələcəkdə böyük əhəmiyyət kəsb etməsi haqqında geniş məlumat vermək idi.