Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi
04.12.2024-cü il tarixdə məktəbdə korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva məktəbin müəllim heyətinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verdi.
Tədbir zamanı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edildi. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulandı.