Uşaqların təhsil mühiti necə olmalıdır?
Məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədi ilə “Uşaqların təhsil mühiti necə olmalıdır?” adlı həm valideynlər, həm də şagirdlər üçün seminar təşkil edilmişdir. Valideynlərə və şagirdlərə müxtəlif istiqamətlər üzrə tövsiyələr verilmişdir.
Məktəbin psixoloqu Bahar Qasımovanın təşkilatçılığı ilə şagirdlərin təhsil mühiti və problemli şagirdlərin problemləri haqqında müzakirələr aparılmışdır.