Dibçək güllərimin əkilməsi və onlara qulluq
Şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, yaradıcı uşaqların aşkara çıxarılması,ətraf mühitin mühafizəsi məqsədi ilə “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində “Dibçək güllərimin əkilməsi və onlara qulluq” adlı dərs təşkil edildi.
Məktəbin biologiya müəllimi Afət Güəliyeva ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması, əkilən güllərə və bitkilərə qulluq edilməsi qaydalarının öyrədilməsi haqda ətraflı məlumat verdi.
Dərs şagirdlərin böyük marağına səbəb oldu. Onlar yeni dibçək gülləri əkdilər.