“Müstəqilliyin Bərpası Günü” qeyd edildi

  Məktəbdə şagirdləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı nailiyyətləri təbliğ etmək məqsədilə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir təşkil edildi.

    Tədbir məktəbin tarix müəllimi Arzu Quliyevanın təşkilatçılığı ilə VIII“B” və IX"C" sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Şagirdlər müxtəlif şeir, mahnı və rəqs nömrələri ilə çıxışlar etdilər.

    Sonda 18 oktyabr “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi