Təbiətdən incəsənətə
Şagirdlərin ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, yaradıcı uşaqların aşkara çıxarılması məqsədilə məktəbdə ekologiya ayı çərçivəsində yaradıcılıq işlərinin təqdimatı keçirildi.
Məktəbin texnologiya müəllimi Sayalı Alıyevanın təşkilatçılığı ilə "Təbiətdən incəsənətə” mövzusunda əl işlərindən ibarət sərgi təşkil edildi.
Əl işlərinə baxış keçirildi. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi.