“Son zəng” tədbiri keçirildi

14 iyun 2024-cü il tarixdə respublikanın bir çox ümumtəhsil məktəblərində olduğu kimi, 151 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbiri açıq elan edərək öz çıxışında şagird və müəllim kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən layihələr barədə danışdı. Müstəqil həyata qədəm qoyan məzunlara  ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı.

  Qeyd olundu ki, bu il məktəbi 72 məzun bitirir. Vurğulandı ki, ötən dərs ilində məktəb məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstərmişlər.

  Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak etdi.O, məzunlara qədəm qoyduqları yeni həyatlarında  uğurlar arzu etdi.

   Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olundu.

  Sonda son zəng səsləndirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi