Azərbaycan musiqi alətləri

Bildiyimiz kimi, 2016-2017-ci tədris ilinin fevral ayı ”Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” aylığı elan edilmişdir. Bu aylıq çərçivəsində 151 №-li tam orta məktəbdə “Azərbaycan musiqi alətləri” adlı tədbir keçirildi. Musiqi alətləri xalqın tarixi, mədəniyyəti və mədəniyyət abidəsidir. Azərbaycan xalq musiqi alətləri çox qədim və zəngin bir tarixə malikdir. Xalqımıza məxsus hər bir alət özündə tarixin silinməz izini daşıyır. Şagirdlər qədimdə yaranan və cağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tütək, saz, balaban, nağara və s. alətlər haqqında hazırladıqları maraqlı məlumatları təqdim etdilər. Məktəbimizin tarix müəllimi Arzu Quliyeva vaxtilə tariximizdə ifa olunan, lakin unudulan ifa alətləri olan rübab, çogur, qopuz kimi alətlər haqqında geniş məlumat verdi. Xalq çalğı alətləri arasında xüsusi yeri olan zərb alətləri arasında xüsusi yeri olan zərb alətləri, o cümlədən nağara aləti barədə də şagirdləri məlumatlandırdı. Şagirdlər müxtəlif alətlərdə ifalar etdilər, rəqslər nümayiş etdirdilər. Belə tədbirlərin təşkil olunması milli musiqi alətlərinin tarixinin öyrənilməsinə, o cümlədən gənclərin bilik və bacarıqlarının artırılmasına, istedadlı gənclərə dəstək göstərilməsinə kömək edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi