Azərbaycan şairlərinin əsərlərində ətraf mühitin qorunması

  Məktəbdə “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı silsilə tədbirlər davam edir.

 Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəffəkirlərinin əsərlərində ətraf mühitin  qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi məqsədi  ilə dərs təşkil edilmişdi.

  Məktəbin Azərbaycan dili və ədəbiyyat  müəllimi Səidə İsmayılova VIII “A” sinfində dərs təşkil edərək qeyd etmişdir ki, Məmməd Araz yaradıcılığını  vərəqlədikcə hiss olunur ki, o, təbiəti böyük məhəbbətlə sevirmiş. Ona görə də təbiətin qorunması  probleminin həllini böyük uzaqgörənliklə insanın təbiətə olan məhəbbətində axtarırmış. Şairin fikrincə, əgər təbiətə qarşı insan məhəbbəti, insan həssaslığı varsa, demək bu hər şeydir.

  Canlı təbiətin qorunması Nizaminin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemalarında da daha aydın görünür.

  Şagirlərlə Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı müzakirələr keçirildi, poemalardan nümunələr göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi