“Xocalı - xalqımızın qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya
24.02.2017-ci il tarixdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə “Xocalı - xalqımızın qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir iştirakcıları tərəfindən Xocalı soyqırımına aid şeirlər, mahnılar, bayatılar səsləndirildi. “Ana fəryadı” adlı səhnəcik göstərildi. Təsviri incəsənət dərsində “Müharibə uşaqların gözü ilə” adlı rəsmləri ilə düşmənlərə qarşı öz etirazlarını bildirdilər. Tədbirdən sonra bir qrup şagirdlər Xocalı soyqırımında həlak olmuş insanların əbədi xatirəsini yad etmək məqsədilə “Ana fəryadı” abidəsini ziyarət etdilər.