Memorial Soyqırım muzeyinə ekskursiya

Məktəbimizin ibtidai sinif müəllimi Məlahət Abdullayevanın rəhbərliyi altında Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə şagirdlərin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırım muzeyinə ekskursiyası təşkil edildi. İlk öncə şagirdlərə Xocalı soyqırımı haqqında, sonra isə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında qısametrajlı film nümayiş etdirildi. Sonra şagirdlər 4 bölmədən ibarət olan muzeyin tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələrini gəzərək müxtəlif eksponatlar, fotoşəkillər, rəsm əsərləri ilə tanış oldular. Muzeyin girişində olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında, 100 mindən artıq insanın Xətai rayonu ərazisində olan “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün iri həcimli fotoşəklini göstərərək muzey əməkdaşları maraqlı məlumatlar verdilər. Həmçinin, şagirdlər xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitabları ilə də tanış oldular. Muzeyin soyqırım və terror bölmələrində yerləşdirilən erməni silahlı birləşmələrinin fevralın 26-da Xocalı şəhərinə hücumunu, Xocalı və ətraf əraziləri və xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin olduğu yerləri özündə əks etdirən 1:7500 miqyasında maket nümayiş etdirildi. Ürəkləri parçalayan rəsm əsərləri, bütünlüklə qətlə yetirilmiş ailələrin ürək ağrıdan fotoşəkilləri, şagirdlərdə bir daha düşmənə nifrət hissləri oyatdı. Ümid edirik ki, muzeyə ekskursiya gələcək nəsillərə tarixi həqiqətlərimizi, soyqırımı, ermənlərin başımıza gətirdiyi faciələr haqqında mühüm məlumatların çatdırılmasında böyük rol oynayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi