Məktəbimizin bir qrup şagirdləri “Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı çərçivəsində Sevinc Səfərovanın rəhbərliyi ilə Təhsil Muzeyinə gedərək bir çox maraqlı araşdırmalar aparmışlar. Onlar Azərbaycanda pedaqoji fikir və təhsilin Azərbaycan tarixində rolu haqqında təsəvvürlərini əyani olaraq genişləndirmişlər. 1998-ci ildə 102 yaşlı müəllim Lətif Hüseynzadənin də iştirak etdiyi Azərbaycan müəllimlərinin XI qurultayında Heydər Əliyevə Xalq müəllimi adı verilməsi və onun bu adı qəbul etməsi haqda məlumatlar almışlar. 1067-ci ildə Bağdad şəhərində “Nizamiyyə” adı altında 600 tələbə ilə universitet və XVI əsrdə Təbriz şəhərində “Rəşidiyyə” adı ilə fəaliyyət göstərən II universitet haqqında məlumatlar əldə etmişlər. Onlar 30 il ərzində dərin bir quyuda saxlanılan və sonradan muzeyə təhvil verilən “Quran” kitabını əyani olaraq görmüşlər. Mollaxanada alınan ilk təhsilin maketi şagirdlərdə böyük maraq oyatmışdır. Onlar uşaqların necə çətin və sərt şəraitdə təhsil aldıqlarının əyani şahidi oldular. İlk Azərbaycan pedaqoqu H.Zərdabi haqqında məlumatlar əldə edilmiş və müxtəlif əsrlərə aid olan əlifba kitabları və məktəbli geyimləri ilə əyanı olaraq tanış olmuşlar.