"Xocalı faciəsi və faciəyə gedən yol" adlı dəyirmi masa

22.02.2017-ci il tarixdə Bakı şəhəri 151 №-li tam orta məktəbdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar 8a sinif şagirdlərinin iştirakı ilə “Xocalı faciəsi və faciəyə gedən yol” adlı dəyirmi masa keçirildi. Əvvəlcə soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi. Məktəbin ədəbiyyat müəllimi Səidə İsmaylova Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması haqqında ətraflı danışdı. O qeyd etdi ki, Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. 8a sinif şagirdləri bir daha 1992-ci ilin fevral ayının 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri hadisələri ürək ağrısı ilə yada saldılar. Onlar qeyd etdilər ki, tarixi abidələri ilə fərqlənən Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin qurbanı olmuşdur. Bir daha Xocalı soyqırımı qurbanları yad edilərək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətlər çatdırıldı və doğma vətənə sevgi, məhəbbət hissləri aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi