"Su çərşənbəsi" iməciliyi
2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Təhsili Dəyərə Çevirək" devizi altında bir sıra istiqamətlərdə fəaliyyətini həyata keçirir. Bu istiqamətlərdən biri də "Ekologiya və sağlamlıq" istiqamətidir. Məqsəd ekoloji dünyagörüşünə malik insanlar yetişdirmək, ekoloji bilik, ekoloji mədəniyyət və ekoloji etika formalaşdırmaqdır. Bu baxımdan Bakı şəhəri üzrə bütün ümumtəhsil məktəblərində müxtəlif səpkidə ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Həmin layihələrdən biri də Novruz bayramına həsr edilmiş "Çərşənbə iməcəlikləri"dir. Bu məqsədlə 21.02.2017-ci il tarixdə 151 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə su çərşənbəsinə həsr edilmiş iməcilik keçirilmişdir. İməcilik zamanı məktəbin həyətyanı sahəsindəki ağaclar, kollar və digər bitkilər suvarılmış, məktəb foyesində və sinif otaqlarında yetişdirilən bitkilərə qulluq göstərilmişdir. Novruz və ilaxır çərşənbələr təbiətin oyanışı və saflığı, təmizlik və dürüstlük kimi dəyərləri təbliğ edir!