“Tarixi abidələr” guşəsi

2016-2017-ci tədris ilinin fevral ayının “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası”na həsr olunduğunu nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu 151 №-li tam orta məktəbin bir qrup şagirdləri məktəbin tarix müəllimi Arzu Quliyevanın rəhbərliyi ilə “Tarixi abidələrimiz və onların qorunması” adlı dəyirmi masa keçirmişlər. Şagirdlər tarixi abidələrimiz haqqında hazırladıqları araşdırmalardan danışaraq təqdimatlar etmişlər. Onlar hazırladıqları tarixi abidələrin maketlərini nümayiş etdirmişlər. Tarix otağında olan “Tarixi abidələr” guşəsindəki digər maketləri də bərpa edərək guşədə yerləşdirmişlər. Arzu Quliyeva Möminə Xatun türbəsi haqqında şagirdləri məlumatlandırmışdır. O, qeyd etmişdir ki, Möminə Xatun türbəsi - məşhur Azərbaycan memarı Əcəmi Naxçivaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri, Naxçıvan şəhərinin tarixi mərkəzində - Atabəylər Memarlıq kompleksinin tərkibində yerləşir. Möminə Xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Həmçinin şagirdlər tərəfindən qədim əşyalardan ibarət guşə də yaradılmışdır. Gələcəkdə yaradılmış guşələrin daha da zənginləşdirilməsi nəzərdə tutulmuşdur. Əsas məqsəd istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi