Su həyat mənbəyidir
17.02.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə məktəbin illik fəaliyyət planına əsasən “Su həyat mənbəyidir” adlı geniş tədbir keçirildi. Tədbir məktəbin biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi altında 8a sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirdə suyun fiziki və kimyəvi xassələrinə aid slaydlar göstərildi, suyun müalicəvi əhəmiyyəti haqqında məlumat verildi, suyun kimyəvi formulunu əks etdirən səhnəcik, su hövzələrinin çirklənməsi səbəblərini aradan qaldırmağı aşılayan “Ekoloji nağıl” göstərildi. “Araz” və “Xəzər” qrupları arasında viktorina keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd suyun təbiətə və insan həyatına əhəmiyyətini öyrənmək, suyun çirklənmə səbəblərini, onun qorunma yollarını nəzərdən keçirmək, suya və su hövzələrinə qayğıkeş münasibəti, şirin sulardan qənaətlə istifadəni aşılamaq idi. Tədbirdən sonra şagirdlərin su haqqında təsəvvürləri daha da genişləndi. Onlar öyrəndilər ki, su olmasa həyat olmaz, təbiətdə hər şey bir-biri ilə əlaqədədir. Su bütün canlıların həyat mənbəyidir. Şagirdlər suyun dövranı, onun tərkibi, çirklənmə səbəbləri, suya qənaətli münasibət haqqında biliklər əldə etdilər.