"Təbiət və texnologiya" adlı seminar
Yanvar ayının 9-da 151 nömrəli tam orta məktəbdə "Təbiət elmləri" ictimai birliyinin nümayəndələri X-XI sinif şagirdləri ilə görüşərək "Təbiət və texnologiya" adlı maraqlı seminar keçirdilər. Əsas məqsəd təbiət elmləri ilə digər elmlər arasındakı əlaqələri izah etmək, şagirdlərdə təbiət elmlərinə maraq yaratmaq və bir çox maarifləndirici məlumatları onlara çatdırmaqdan ibarət idi.