Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər

Məktəbin Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar müxtəlif istiqamətlərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin tarixi əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, onun dərin siyası kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışılmışdır. 9b sinif şagirdlərinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" adlı seminar keçirilmişdir. Məktəbin tarix müəllimi Arzu Quliyeva öz çıxışında Ümummilli liderimizin Müstəqil Azərbaycan Respublikasının qurucusu kimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir insan olmasını xüsusilə vurğulamışdır. Və bu şəxsiyyət bugünkü Azərbaycanın memarı, müstəqil dövlətin yaradıcısı, üç rəngli bayrağımızın vüqarla dalğalandığı məmləkətimizin həmişəyaşar vətandaşıdır. Son nəfəsinədək özünü xalqa, vətənə həsr edən Ümummilli lider Heydər Əliyev bu gün də yaşayır və daim yaşayacaqdır. Bu adı Azərbaycan xalqının qəlbindən heç kəs silə bilməyəcəkdir. "Əsrə bərabər 25 il" adlı tədbir isə 8a sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Şagirdlərin ayrı-ayrı çıxışları dinlənilmiş və videoçarx nümayiş etdirilmişdir. Məktəbin tarix müəllimi Murad İsmayılovun rəhbərliyi ilə 11-ci sinif şagirdlərinin iştirakı ilə "Azərbaycannın Dövlət Müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti" adlı dəyirmi masa keçirilmişdir. Həmçinin məktəbdə şagirdlərin şeir, mahnı və rəqs ifalarından ibarət kompozisiyası hazırlanmış, "Heydər Əliyev və Azərbaycan Gəncliyi" adlı inşa yazı müsabiqəsi təşkil edilmişdir. Nəsimi rayonu üzrə Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdləri üçün tədris olunacaq dərslərdə onların iştirakı təmin olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi