"Ana müqəddəsdir" adlı lirika gecəsi
151 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Pərnisə Vəliyeva və Sahibə Qasımovanın rəhbərliyi ilə 6a və 6b sinif şagirdlərinin iştirakı ilə “Ana müqəddəsdir” mövzusunda lirika gecəsi keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə tələffüz və nitq qabiliyyətinin, estetik zövqün inkişaf etdirilməsi, ədəbiyyata marağın artırılması və anaya sevgi hislərinin gücləndirilməsi idi. Lirika gecəsində şagirdlərin iştirakı ilə anaya aid şeirlər söylənildi, səhnəciklər göstərildi və mahnılar ifa edildi. Sonda Pərnisə Vəliyeva ananın əvəzolunmazlığı haqqında nitq söylədi: "Ana! Adı kimi müqəddəs bir varlıq və özü kimi müqəddəs bir insan! Ana haqqında olan hisslərimizi sözlə ifadə edə bilmərik. Ana o qədər əzizdir ki, onu nə qədər sevsək, adına nə qədər sözlər desək, şeirlər yazsaq da az olar. Ana sevgisi o qədər müqəddəsdir ki, onun yerini heç nə verə bilməz. Peyğəmbərimiz demişdir: “Cənnət anaların ayaqları altındadır!"