Tarix – coğrafiya aylığı çərçivəsində silsilə tədbirlər
Məktəbdə tarix – coğrafiya aylığı çərçivəsində silsilə tədbirlər həyata keçirilmişdir. Tarximizin şanlı səhifələrindən olan Qarabağ döyüşlərinə həsr olunmuş “Qələbəyə gedən yol” adlı dəyirmi masa məktəbin coğrafiya müəllimi Arzu Babayeva tərəfindən təşkil edilmişdir.
VIII”C” sinif şagirdləri müzəffər ordunun keçdiyi şərəfli və çətin yolundan danışmış, şəhidlər haqqında təqdimatlar etmişlər.
“Zəfər Günü”-nə həsr edilmiş açıq dərs isə VII”C” sinif şagirdlərinin iştirakı ilə məktəbin tarix müəllimi Arzu Quliyeva tərəfindən təşkil edilmişdir. O, Qarabağda yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradacılığı haqqında geniş məlumat vermişdir.
Əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarət olmuşdur