“Şuşa ili”nə həsr olunmuş dəyirmi masa keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022-ci il tarixli F-121 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə “Şuşa ili”-nə həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masa məktəbin Azərbaycan dili müəllimi Vüsalə Abbasovanın təşkilatçılığı ilə məktəb kitabxanasında təşkil olundu.
O, Qarabağda yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradacılığı haqqında geniş məlumat verdi. Əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarət olmuşdur.
Sonda şagird təqdimatları dinlənildi.